Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.
DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Tarix: 16 Mart 2026, 16:54