Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.
DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.