BAKI, 29 mart. TELEQRAF
“Belə matçlar Millətlər Liqası öncəsi çox vacibdir”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Qismət Alıyev “FIFA Series – 2026" çərçivəsində Syerra Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
“Sabah bizim üçün daha bir önəmli oyun olacaq. Sabahkı görüşdə ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək” - deyə, müdafiəçi bildirib.
Qeyd edək ki, qarşılaşma martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.