AZ

"İlk dəfə Afrika komandası ilə qarşılaşacağıq"

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “FIFA Series - 2026” beynəlxalq turnirində Syerra Leone ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, komanda turnirdə ikinci oyununa çıxacaq və rəqib ilk matçını keçirəcəyi üçün müəyyən üstünlüyə malikdir. Buna baxmayaraq, millimiz evdə azarkeşlərin dəstəyi ilə qələbə qazanmağa çalışacaq.

Baş məşqçi qeyd edib ki, Syerra Leone yığması oyun üslubuna görə Sent Lüsiyadan fərqlənir və FIFA reytinqində Azərbaycan millisindən yuxarı pillədə qərarlaşıb. O, futbolçuların bu oyunda daha ciddi və istəkli çıxış edəcəyinə inandığını bildirib.

Ayxan Abbasov həmçinin vurğulayıb ki, Azərbaycan millisi tarixində ilk dəfə Afrika komandası ilə qarşılaşacaq və bu cür oyunlar futbolçular üçün yeni təcrübə baxımından faydalıdır.

Seçilən
1
32
90deqiqe.az

10Mənbələr