“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Syerra-Leone yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunöncəsi son hazırlıqlarını tamamlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv həlledici matçdan əvvəl məşq prosesini gerçəkləşdirib.
İdman.Biz xəbər verir ki, “Dalğa Arena”da baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Məşq zamanı futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif taktiki və fiziki təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, Azərbaycan - Syerra-Leone qarşılaşması martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək.