ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dünyanı yeni nüvə silahlanma yarışına sürükləyə bilər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Atlantikadan Sakit okeana qədər bir çox ölkə artıq açıq şəkildə öz nüvə arsenalına sahib olmağın zəruriliyini müzakirə edir.
Əvvəllər ABŞ-ın nüvə “çətiri” ilə kifayətlənən bəzi ölkələr, o cümlədən Polşa və Almaniya Fransanın nüvə qorumasını Avropaya yaymaq təşəbbüsünü dəstəkləməyə başlayıb.
Eyni zamanda qeyd olunur ki, ABŞ nüvə sınaqlarını bərpa etmək imkanını nəzərdən keçirir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi isə xəbərdarlıq edib ki, daha çox ölkənin nüvə silahına sahib olması dünyanı daha təhlükəsiz etməyəcək.
“Bu cür silahların yayılması təhlükəsizliyi artırmır, əksinə riskləri yüksəldir. Bu gün qeyri-yayılma prinsiplərini qorumaq hər zamankından daha vacibdir”, – deyə Qrossi bildirib.