Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şimali Atlantikadan Sakit okeanın qərbinə qədər bir çox ölkələrin hökumətləri şəxsi nüvə arsenalına sahib olmağın zəruriliyi barədə getdikcə daha açıq şəkildə müzakirələr aparmağa başlayıblar.
KONKRET.az xəbər verir ki, əvvəllər ABŞ-ın “nüvə çətiri” ilə kifayətlənən bəzi ölkələr, xüsusən də Polşa və Almaniya, Fransanın öz nüvə təhlükəsizlik zəmanətini Avropa qitəsinə yaymaq niyyətini müsbət qarşılayırlar. Eyni zamanda, hazırda Birləşmiş Ştatlar nüvə sınaqlarının bərpası imkanlarını nəzərdən keçirir.
MAQATE-nin rəhbəri Rafael Qrossi “Bloomberg”ə verdiyi açıqlamada bildirib ki, bu cür kütləvi qırğın silahlarının əldə edilməsi ehtimalı hətta ondan heç vaxt istifadə etməyəcəyinə söz verən ölkələrdə belə açıq müzakirə olunur. Lakin daha çox ölkədə daha çox nüvə silahının olması dünyanı daha təhlükəsiz etməyəcekyəcək, əksinə təhdidləri artıracaq. Qrossinin sözlərinə görə, son yarım əsrdə bəşəriyyətə uğurla xidmət edən nüvə silahlarının yayılmaması normalarını qorumaq indi hər zamankından daha vacibdir.
Natiq Səlim,
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.