AZ

Gürcüstanın Baş naziri ABŞ Dövlət katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Tbilisi, 30 mart, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İrakli Kobaxidze "X" platformasında yazıb.

Hökumət başçısı bildirib ki, Marko Rubio ilə telefon danışığı məhsuldar olub. Söhbət zamanı tərəfdaşlığın yenilənməsinin vacibliyi vurğulanıb.

“ABŞ Dövlət katibi Marko Rubio ilə səmərəli telefon danışığım oldu. Tərəfdaşlığımızın yenilənməsinin və Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun gücləndirilməsinin vacibliyini vurğuladıq. Gürcüstan-ABŞ əlaqələrinin gücləndirilməsinə və regional sabitliyin və əlaqələrin təşviqinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - deyə Kobaxidze qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
53
12
azertag.az

10Mənbələr