AZ

ABŞ Gürcüstana xüsusi araşdırıcı missiya göndərəcək

Tbilisi, 4 aprel, AZƏRTAC

Aprel ayında ABŞ-dən bir qrup Gürcüstanda gedən prosesləri öyrənmək üçün Tbilisiyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin Avropa İnteqrasiyası Komitəsinin sədri Levan Maxaşvili məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti Amerika tərəfi ilə hər görüşdə münasibətləri bərpa etməyə çalışır.

“Amerika tərəfi Gürcüstanda gedən prosesləri daha dərindən öyrənmək niyyətindədir. Bu məqsədlə aprel ayında Gürcüstanda gedən prosesləri daha dərindən araşdırmaq və ümumi maraqları müəyyən etmək üçün ayrıca bir qrup göndərmək niyyətindədirlər. İctimaiyyət görür ki, hər səfər və görüşlə biz münasibətləri tədricən sıfırdan, konkret bir gündəmlə bərpa etməyə çalışırıq. İctimaiyyətdə gizli bir gündəmin olub-olmaması ilə bağlı bəzi narahatlıqlar var idi, amma ictimaiyyəti əmin etmək istəyirəm ki, hər bir addımımız həmişə Gürcüstanın maraqları ilə diktə olunurdu”, - deyə Levan Maxaşvili bildirib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
11
12
azertag.az

10Mənbələr