O, ABŞ dövlət katibi Marko Rubio ilə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında telefon danışığının kontekstinə diqqət çəkərək bildirib ki, bu əlaqə Rusiya üçün deyil, məhz Gürcüstan üçün müsbət siqnaldır.
Xoştariyanın sözlərinə görə, telefon zəngi rəsmi tanınma deyil, daha çox güclü dövlətin işgüzar mesajı və təzyiq formasıdır. O qeyd edib ki, ABŞ-nin son dövrdə "anti-Rusiya" xarakterli addımları regionu da əhatə edir və bu kontekstdə Gürcüstanda demokratiya və sabitlik TRIPP layihəsinin uğuru üçün vacib amillərdir.
O həmçinin vurğulayıb ki, ABŞ-nin passiv qalması hakimiyyətin daha sərt davranmasına şərait yarada bilər. Buna görə paralel kommunikasiya və açıq təzyiq Gürcüstanın maraqlarına uyğundur.
Sonda Xoştariya müxalifətin rolunun artdığını qeyd edərək, 26 may üçün elan olunan ümummilli səfərbərlik təşəbbüsünü dəstəkləyib və müxalifəti daha məsuliyyətli olmağa çağırıb.