AZ

Mbappe: ''Bavariya''nı yenə biləcək bir klub varsa, o da ''Real''dı''

''Real'' və Fransa yığmasının superulduzu Kilian Mbappe ''Telefoot'' kanalına açıqlamalar verib.

Məhsuldar oyununa rəğmən tez-tez tənqid olunması, zədəsi üzündən DÇ-nin startına qədər ''Real''da var gücü ilə oynamayacağı haqda şayiələr və ÇL-də ''Bavariya'' ilə olan duel haqda danışan 28 yaşlı futbolçu bunları deyib:

''İspaniyada insanlar mənim mövsümün sonuna qədər oynamayacağımdan və özümü mundial üçün qoruyacağımdan narahatdılar. Ancaq mənim üçün DÇ-yə hazırlaşmağın ən yaxşı yolu ''Real'' ilə titullar qazanmaqdı. ''Real'' Madriddəki insanlar üçün sanki bir dindi. Çox böyük və atəşli bir azarkeş kütləsi var. Bu klubda yaşanan hər şey, hətta ən cüzi olay da müzakirə olunur. Dedi-qodular yaranır. Bəzən haqlı, bəzən də haqsız. Tənqidlərin öhdəsindən gəlməyi bacarmaq lazımdı. Çünki ''Real''da tarixi boyu Di Stefanodan tutmuş Kriştiano Ronaldoya qədər hər kəs tənqid olunub. Mən də istisna deyiləm. Sadəcə soyuqqanlı olmalı, meydanda edə biləcəklərimə köklənməli və hər zaman ən yüksək performans sərgiləməyə çalışmalıyam. Fikrimcə, ''Bavariya'' hazırda Avropada ən yaxşı formada olan komandadı. Bizi onlara qarşı çox çətin oyunlar gözləyir. Amma indi ''Bavariya''nı yenə biləcək bir klub varsa, o da ''Real''dı. Mövsümün qalan hissəsində həm ÇL-də, həm də İspaniya çempionatında bütün oyunlar mühüm əhəmiyyət kəsb edəcək''.
Seçilən
25
45
football-plus.az

10Mənbələr