AZ

İspaniyalı jurnalist Yamalı tənqid etdi - ''Onun kim olduğunu anlamıram''

İspaniyalı İdman jurnalisti Pipi Estrada ''Barselona''lı Lamin Yamalı sərt sözlərlə tənqid edib.

Daha öncə dəfələrlə öz evində təşkil etdiyi şənlik mərasimləri ilə gündəmə gələn gənc ulduz indi də vaxtilə Pike və Şakiranın birlikdə yaşadığı malikanəni satın alması ilə xəbər başlıqlarına düşüb.

Maraq üçün bildirək ki, 4 min kvadrat metrlik malikanənin dəyəri ən azı 14 milyon avrodu! Estrada bunları deyib:

''Başa düşmürəm, Yamal futbolçudu, yoxsa, Kolumbiyadan gəlmiş reqqeton müğənni? Yamalın kim olduğunu anlamıram. Bunu o mənada deyirəm ki, onu görəndə bilmirəm, ''Movistar Arena''ya (Madriddə həm İdman, həm də musiqi ilə bağlı tədbirlərin keçirildiyi məkan) gedirəm, yoxsa, ''Kamp Nou''ya. Həqiqətən də anlamaqda çətinlik çəkirəm. Kasıb həyatdan birdən-birə göstərişli həyata keçmək düzgün deyil. Məsələn, xatırlamıram ki, Kriştiano Ronaldo 18 yaşda belə şeylər edirdi. Eyni sözləri Lionel Messi və braziliyalı Ronaldo haqda da deyə bilərəm. Halbuki onların hamısı əsil əfsanələrdi''.
Seçilən
1
45
football-plus.az

10Mənbələr