AZ

DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsinə yekun vuruldu

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılaşması baş tutub.

Heftelik.az-ın xəbərinə görə,  İtaliya səfərdə Bosniya və Herseqovinanın qonağı olub.

İsveç evdə Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gəlib. Türkiyə isə səfərdə Kosovo ilə görüşüb.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

Bosniya Herseqovina – İtaliya 1:1 (2:1 – penalti)

İsveç – Polşa 3:2

Kosovo – Türkiyə 0:1

Çexiya – Danimarka 1:1 (3:2 – penalti)

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, indiyədək Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya, Belçika, Bosniya Herseqovina, İsveç, Türkiyə və Çexiya DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Seçilən
9
18
heftelik.az

10Mənbələr