AZ

Dünya Çempionatına vəsiqə qazanan dörd yığma məlum olub - NƏTİCƏLƏR

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Apasport xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.

Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.

Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

DÇ-2026, pley-off mərhələsinin final oyunları

31 mart

Bosniya və Herseqovina - İtaliya 1:1 (Pen. 4:1)
Kosovo - Türkiyə 0:1
Çexiya - Danimarka 2:2 ( Pen. 3:1)
İsveç - Polşa 3:2

Seçilən
7
10
musavat.com

10Mənbələr