Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.
Apasport xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olub.Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.
Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
DÇ-2026, pley-off mərhələsinin final oyunları31 mart
Bosniya və Herseqovina - İtaliya 1:1 (Pen. 4:1)
Kosovo - Türkiyə 0:1
Çexiya - Danimarka 2:2 ( Pen. 3:1)
İsveç - Polşa 3:2
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.