AZ

İraqlılar iki gün bayram edəcəklər - Qərar

İraq millisinin 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibəti ilə sözügedən ölkədə 1 və 2 aprel qeyri-iş günü elan edilib.

Fanat.Az İraq İnformasiya Agentliyinə (INA) istinadən xəbər verir ki, bu haqda İraqın baş naziri Məhəmməd əs-Sudani qərar qəbul edib.

 İraq millisi Boliviya yığmasını 2:1 hesabı ilə məğlub edərək 2026-cı il dünya çempionatının son iştirakçısı olub. İraq yığması tarixində ikinci dəfə mundialda çıxış edəcək. Komanda ilk dəfə 1986-cı ildə turnirdə iştirak edib və qrup mərhələsində sonuncu yeri tutub.

DÇ-2026 11 iyundan 19 iyula qədər ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə 48 komanda iştirak edəcək. İraq millisi I qrupunda yer alıb və burada Fransa, Seneqal və Norveç yığmaları ilə qarşılaşacaq.

Seçilən
23
1
fanat.az

7Mənbələr