İraq hakimiyyəti millinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə 1 və 2 aprel günlərini qeyri-iş günləri elan edib.
Publika.az xəbər verir ki, bu barədə INA məlumat yayıb.
Müvafiq qərarı ölkənin baş naziri Məhəmməd əs-Sudani imzalayıb.
İraq millisi Boliviya üzərində 2:1 hesablı qələbə qazanaraq 2026-cı il dünya çempionatının son iştirakçısı olub. Komanda qrup mərhələsində F qrupunda Fransa, Seneqal və Norveç ilə qarşılaşacaq.
İraq millisi dünya çempionatında ikinci dəfə çıxış edəcək. İlk dəfə 1986-cı ildə iştirak etmiş və qrup mərhələsində sonuncu yeri tutmuşdu.