İraq hökuməti 1 və 2 aprel tarixlərini qeyri-iş günü elan edib.
Hafta.az xəbər verir ki, bu qərar milli komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması ilə əlaqədar qəbul olunub.
Müvafiq sərəncamı ölkənin Baş naziri Məhəmməd əs-Sudani imzalayıb.
İraq millisi qitələrarası pley-off finalında Boliviyanı 2:1 hesabı ilə məğlub edərək mundialın sonuncu iştirakçısı olub. Asiya təmsilçisi I qrupunda Fransa, Seneqal və Norveç komandaları ilə qarşılaşacaq.
İraq yığması dünya çempionatında ikinci dəfə çıxış edəcək. Mundialda ilk dəfə 1986-cı ildə mübarizə aparan yığma qrup mərhələsində sonuncu yeri tutub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.