AZ

Azərbaycanın valyuta bazarında vəziyyət necədir? - Mərkəzi Bank açıqladı

Cari ilin ötən dövründə Azərbaycanın valyuta bazarında vəziyyət stabil olaraq qalıb.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankından (AMB)açıqlaylblar. Bildirilir ki, 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib: “Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 faiz artaraq 11.7 milyard ABŞ dollarına çatıb”.

AMB-dən verilən məlumata görə, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.

Musavat.com

 

Seçilən
2
38
musavat.com

10Mənbələr