Bakı. Trend:
Bu həftə Azərbaycanın maliyyə sektorunda əsas diqqət AzərbaycanMərkəzi Bankı tərəfindən qəbul edilən pul siyasəti qərarları vəaçıqlanan statistik göstəricilər üzərində cəmlənib. Ümumilikdə,makroiqtisadi sabitliyin qorunduğu, lakin xarici risklərin artdığıbir mərhələnin müşahidə olunduğunu demək olar.
Aprelin 2-də Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərinidəyişməz saxladı. Belə ki, uçot dərəcəsi 6,5%, faiz dəhlizininaşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyənləşib.Bu qərar inflyasiyanın hədəf intervalı (4±2%) daxilində qalması iləəlaqələndirildi. 2026-cı ilin fevralında illik inflyasiya 5,7%səviyyəsində olub ki, bu da hədəf çərçivəsinə uyğundur. Qiymətartımında əsas təsir xarici mənşəli xərc amillərindən qaynaqlanırvə xüsusilə qida məhsulları və xidmətlər üzrə artım daha yüksəkdir.Bununla yanaşı, regionda artan geosiyasi gərginliklər və qlobalbazarlardakı dəyişkənlik inflyasiya risklərini artıran əsasfaktorlar kimi qiymətləndirilir.
Valyuta bazarında vəziyyət sabit olaraq qalır. İlın əvvəlindənnağd xarici valyutaya tələbatın təklifdən az olması və əmanətlərindollarlaşma səviyyəsinin 27,7%-ə qədər enməsi manatın məzənnəsinəolan inamın artdığını göstərir. Bu fonda Mərkəzi Bankın valyutaehtiyatları da artaraq 11,7 milyard ABŞ dollarına çatıb. Xariciticarətdə 1,1 milyard dollarlıq müsbət saldo və enerjiqiymətlərində yüksəliş isə xarici sektorun dayanıqlığınıdəstəkləyir.
Pul bazarında da müsbət dinamika müşahidə olunur. 2026-cı ilaprelin 1-nə pul bazası 23,8 milyard manata çataraq həm aylıq, həmdə illik müqayisədə artım göstərib. Bununla yanaşı, manatındövretmə sürətinin azalması iqtisadiyyatda pulun daha ehtiyatlıistifadə olunduğunu göstərir ki, bu da tələb tərəfinin nisbətənzəif olduğunu ehtimal etməyə əsas verir.
Bank sektorunda artım davam edir. Bu ilin fevralın 28-nə banksektorunun aktivləri illik müqayisədə 6,7% artaraq 57,1 milyardmanata çatıb. Kredit portfeli genişlənərək 30,1 milyard manat olubvə burada əsas pay biznes kreditlərinə məxsusdur. Banklarınmənfəəti də artıb və ilin ilk iki ayında 189,7 milyon manat təşkiledib. Depozitlər strukturunda isə manatla əmanətlər üstünlük təşkiledir və xarici valyuta əmanətlərini 2 dəfədən çox üstələyir. Bu damilli valyutaya etimadın gücləndiyini göstərən mühümgöstəricidir.
Ödəniş sistemlərində də aktivlik yüksəlir. Ödəniş kartlarınınsayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi isə illikmüqayisədə 15% artıb. Xüsusilə elektron ticarətin payının yüksəkolması rəqəmsal maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyinigöstərir.
Sığorta sektorunda isə qarışıq mənzərə formalaşıb. Ümumi sığortahaqları cüzi azalsa da, ödənişlərin həcmi kəskin artıb. Könüllüsığorta segmenti böyümə nümayiş etdirərkən, icbari sığortayığımlarında azalma qeydə alınıb. Həyat sığortası və qeyri-həyatsığortası üzrə ödənişlərin artması isə sektorun daha çoxkompensasiya yönümlü mərhələyə keçdiyini göstərir.
Eyni zamanda, ipoteka kreditləşməsi zəifləyib. Dövlət xətti iləverilən ipoteka kreditləri ötən illə müqayisədə iki dəfə azalıb ki,bu da həm maliyyə şərtləri, həm də bazardakı ehtiyatlı davranışlaizah oluna bilər.
Ümumilikdə, bu həftənin yekunlarına əsasən demək olar ki,Azərbaycanın maliyyə sektoru makroiqtisadi sabitliyi qoruyur, bankvə ödəniş sistemlərində artım davam edir. Lakin qlobal iqtisadiqeyri-müəyyənliklər və regiondakı geosiyasi risklər fonundainflyasiya və xarici təsirlər əsas diqqət mərkəzində qalmaqda davamedir.