AZ

Azərbaycanlı hakim-inspektor dünya çempionatının ilkin mərhələ oyunlarına təyinat alıb

Bakı, 3 aprel, AZƏRTAC

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.

Seçilən
49
4
azertag.az

7Mənbələr