ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 aprel, AZƏRTAC
Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.
Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.