AZ

Azərbaycanlı hakim dünya çempionatının ilkin mərhələsində fəaliyyət göstərəcək

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıblar.

Seçilən
26
4
90deqiqe.az

7Mənbələr