BAKI, 4 aprel. TELEQRAF
İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Hava Qüvvələrinin komandanını istefaya çağırıb.
Teleqraf xəbər verir ki, bu çağırış İran hava hücumundan müdafiə sistemlərinin iki ABŞ hərbi təyyarəsini vurmasından sonra səsləndirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd olunub ki, ABŞ ordusunda baş verən istefalar siyahısına Hərbi Hava Qüvvələrinin komandanı da əlavə edilməlidir.
Məlumata görə, İran Silahlı Qüvvələri hava hücumundan müdafiə bölmələrini ABŞ-yə məxsus F-15E Strike Eagle qırıcı və A-10 Thunderbolt II hücum təyyarəsinin ələ keçirilməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, F-15E qırıcısı ilə bağlı insident Tehranın rəhbərliyi ilə aparılan danışıqlara təsir göstərməyəcək.