İranın Kohgiluyə və Boyerəhməd əyalətlərinin tayfaları, eləcə də bəxtiyarilər müstəqil hərəkət edərək, İran silahlı qüvvələrindən uzaq dağlıq ərazilərdə iki “Black Hawk” helikopterini vurublar.
Turkustan.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
"SEPAH İranın cəsur tayfalarına təşəkkür edir. "Black Hawk" helikopterləri çətin keçilən dağlıq ərazilərdə vurulub”, - bəyanatda bildirilib.
Qeyd edək ki, İran ötən gün F-15E qırıcı təyyarəsini vurub. Bundan sonra ABŞ iki pilotun axtarışı üçün helikopterləri cəlb edib. Helikopterlərdən birinin vurulduğu, daha sonra İran sərhədləri xaricində təhlükəsiz şəkildə eniş etdiyi xəbəri yayılıb./axar.az