ain.az, GlobalInfo saytına istinadən bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə məxsus hərbi texnikanı yeni hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edib.
Globalinfo.az xəbər verir ki, məlumata görə, hadisə zamanı bir ədəd “F-35” qırıcı təyyarəsi, iki ədəd “A-10” Thunderbolt II hücum təyyarəsi və iki “Black Hawk” helikopteri vurulub.
Bildirilir ki, “A-10” təyyarələrindən biri İran ordusunun vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi çərçivəsində fəaliyyət göstərən bölmələri tərəfindən məhv edilib.
SEPAH bundan əvvəl də “F-35” təyyarəsinin vurulduğunu və pilotunun saxlanıldığını açıqlamışdı. Lakin “Axios” nəşri məlumatlı mənbəyə istinadən yazıb ki, söhbət iki yerlik “F-15E Strike Eagle” təyyarəsindən gedir.
“The Telegraph” nəşri isə bildirir ki, təyyarənin iki heyət üzvü katapult edərək xilas olub. Onlardan biri ABŞ hərbi helikopterlərinin iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində xilas edilib. Məlumata görə, əməliyyatda iştirak edən hər iki helikopter zərər görsə də, İraqda təhlükəsiz eniş etmək mümkün olub.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.