AZ

Mühasiblər Süni intellektə uduzdumu? Rauf Rzayevdən açıqlama + VİDEO

ain.az, Mia.az saytına istinadən bildirir.

Rəqəmsal dünyanın bütün fəaliyyət sahələrinə təsirinə mühasibat uçotu da məruz qalıb.

Mia.az xəbər verir ki, mühasiblər sözügedən mövzunu bu gün müxtəlif şirkətlərin mütəxəssisləri və dövlət qurumu əməkdaşlarıyla birlikdə müzakirə edib.

Söhbət süni intellekt vasitəsilə vergi və mühasibat sənədlərinin hazırlanması və hesabatların verilməsindən gedir. Hazırda bütün dünyada aktiv istifadə olunan rəqəmsal xidmət, süni intellekt proqramları vasitəsilə ciddi hesabat sənədləri və təqdimatların hazırlanması praktikası ortaya çıxıb.

Ekspertlər bildirir ki, mühasibatlıq hər zaman inkişafda olan və yenilənən fəaliyyət sahəsi olduğu üçün burada konkret standartlara bel bağlamaq mümkün deyil. Mühasibat uçotu insan faktoruna əsaslanan təcrübənin tətbiqini nəzərdə tutur və burada əks olunan nüanslar süni intellekt proqramları vasitəsilə həyata keçirilə bilməz. Mühasibat sahəsi daima inkişafdadı və müasir texnologiyalar vasitəsilə təkmilləşdirilir.

Azərişıq ASC-nin audit komitəsinin sədri Rauf Rzayevin sözlərinə görə, süni intellektin işi insanın düşüncəsi ilə müqayisə edilə bilməz: "Heç bir vaxt bir mühasibin işini süni intellekt görə bilməz. Mühasibatlıq deformasiyaya uğraya bilməz. Süni intellekt mühasibin işini asanlaşdıracaq, amma heç vaxt onu əvəz etməyəcək".

Yeri gəlmişkən, xatırladaq ki, ölkəmizdə 4-cü dəfə keçirilən Vergi və Mühasibatlıq Zirvəsinin informasiya təşkilatçılarından biri də Mia.az xəbər portalı olub.

Zülfiyyə Mustafayeva 

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
50
mia.az

10Mənbələr