Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycanın ən böyük təhlükəsizlik qarantı Ermənistandır, Ermənistanın təhlükəsizliyinin qarantı isə Azərbaycandır.
Bizim.Media xəbər verir ki, o, bu fikri aprelin 4-də hakim “Vətəndaş müqaviləsi” partiyasının növbədənkənar qurultayı öncəsi jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirib.
Simonyan bildirib ki, müxalifətin Ermənistanın xarici təhlükəsizlik qarantına ehtiyacı olması barədə iddiaları reallığı əks etdirmir.
Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində yeni və dərinləşən müharibələr getdiyi bir vaxtda Ermənistan və Azərbaycan qorunmalı olan mühüm nəticəyə nail olublar.
Erməni spiker, konkret ad çəkmədən, bir çox qüvvələrin Ermənistanla Azərbaycanı yenidən bir-birinə qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışdığını da vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta