AZ

ABŞ-nin üç təyyarəsi İranın yeni hava hücumundan müdafiə sistemi tərəfindən vurulub

İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailin üç təyyarəsini və iki helikopterini vurub.

"Far.Az" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bugünkü bəyanatında deyilir.

Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub. SEPAH həmçinin vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq edildiyini bildirib.

Daha əvvəl İran hərbçiləri F-35 qırıcısının məhv edildiyini və pilotunun saxlanıldığını bildiriblər. Amerika nəşri "Axios" hadisənin başvermə şəraiti ilə tanış mənbəyə istinadən yazıb ki, söhbət iki nəfərlik "F-15E Strike Eagle"dən gedə bilər.

Seçilən
10
50
far.az

10Mənbələr