Azərbaycanda U-20-dən sonra daha bir yaş qrupu üzrə komandadan yaradılmasına hazırlıq görülür.
Bu haqda AFFA-dan saytımıza bildirilib.
Qurumdan redaksiyamıza daxil olan məlumata görə, U-14-ün formalaşdırılması gündəmdədir.
14 yaşlılar U-15 və U-16 üçün baza rolunu oynayacaq.
12, 13 və 14 yaşlı perspektivli uşaqlar bu komandaya cəlb olunacaq. İldə minimum beş-altı dəfə bir araya gətiriləcək kollektiv müxtəlif beynəlxalq turnirlərdə iştirak edəcək.
Onu kim çalışdıracaq? Verilən informasiyaya görə, bir neçə namizədin adı siyahıda yer alıb. Onlarla danışıqlar aparılıb, fikirləri öyrənilib. Yekun qərar may ayında açıqlanacaq.
SPORTİNFO.AZ