Azərbaycanın UEFA reytinqində 2026-27 mövsümünə başlayacağı yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, ölkəmiz klubların avrokuboklardakı çıxışına əsasən, cədvəlin 26-cı pilləsində qərarlaşacaq.
Azərbaycan son 5 mövsümdəki göstəricilərinə əsasən, cari mövsümü 22.937 əmsalla 27-cı sırada başa vurub.
Yeni mövsümdə isə 2021-22 sezonunun göstəriciləri silinəcək. Həmin vaxt 4.375 xal toplamış Azərbaycan xallarından 9.500-ü silinən Serbiyanı qabaqlayacaq.
Ölkəmiz 2026-27 mövsümünə 18.562 əmsalla 26-cı sırada başlayacaq. Ancaq mövsümün gedişində irəliləmək heç də asan olmayacaq.
Çünki 25-ci pillədəki İsrailin aktivində 20.750 əmsal olacaq. Bu fərqi aradan qaldırmaq üçün isə klublarımız xüsusi fəallıq göstərməli olacaqlar.