AZ

Braziliyalı üçün rəsmi təklif hazırladı - Paytaxt təmsilçisi

“Atletiko” “Atalanta”nın yarımmüdafiəçisi Ederson üçün rəsmi təklif hazırlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı futbolçuya görə 35 milyon avro əsas məbləğ və əlavə 3 milyon avro bonus ödəməyə hazırdır.

Ancaq İtaliya klubu oyunçu üçün 50 milyon avro tələb edir.

“Atletiko” artıq braziliyalı futbolçu ilə müddəti 4 il olan müqavilə şərtləri üzrə razılığa gəlib. Anlaşmaya əsasən, Edersonun illik maaşı 5 milyon avro olacaq, həmçinin, ona 2 milyon avro imza bonusu veriləcək.

Ederson bu mövsüm A Seriyasında 23 oyunda iştirak edib və 1 qol vurub.

Seçilən
11
50
sportinfo.az

10Mənbələr