ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailin üç təyyarəsini və iki helikopterini vurub.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bugünkü bəyanatında qeyd edib .
Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub. SEPAH həmçinin vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq edildiyini bildirib.
Daha əvvəl İran hərbçiləri F-35 qırıcısının məhv edildiyini və pilotunun saxlanıldığını bildiriblər. Amerika nəşri "Axios" hadisənin başvermə şəraiti ilə tanış mənbəyə istinadən yazıb ki, söhbət iki nəfərlik "F-15E Strike Eagle"dən gedə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.