AZ

Bundesliqa: “Bayern” 3, “Bayer” 6 qola sevindi – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 28-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.

Dörd qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Haydenhaym” matçında qalib müəyyənləşməyib. “Hamburq” – “Auqsburq” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Doqquz qolluq “Bayer” – “Volfsburq” görüşündə meydan sahibləri qələbə qazanıblar. Lider “Bayern” səfərdə “Frayburq”u, Dortmund “Borussiya”sı “Ştutqart”ı, “Maynts” “Hoffenhaym”ı, “Leypsiq” isə “Verder”i məğlub edib.

Turun qalan görüşləri sabah keçiriləcək.

Almaniya, Bundesliqa
28-ci tur
4 aprel

Borussiya (Mönhenqladbax) – Haydenhaym 2:2
Qollar: Mohya, 16. Honorat, 74 – Mainka, 26. Buş, 63.

Bayer – Volfsburq 6:3
Qollar: Qrimaldo, 30-pen; 44. Şik, 53-pen. Tapsoba, 68. Maza, 73. Tillman, 90+6 – Vind, 16. Mehle, 31. Eriksen, 38-pen.

Ştutqart – Borussiya (Dortmund) 0:2
Qollar: Adeyemi, 90+4. Brandt, 90+6.

Frayburq – Bayern 2:3
Qollar: Manzambi, 46. Holer, 71 – Bişof, 81; 90+2. Karl, 90+9.

Hamburq – Auqsburq 1:1
Qollar: Koniqsdorffer, 60 – A.Çaves, 22.

Hoffenhaym – Maynts 1:2
Qollar: Asllani, 23 – Tiets, 13; 79.

Verder – Leypsiq 1:2
Qollar: Musa, 90+4 – Nusa, 15. R.Kardozo, 52.

5 aprel

17:30. Union Berlin – Sankt Pauli
19:30. Ayntraxt – Köln

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
50
arena.az

10Mənbələr