AZ

İranın vurduğ "F-15"in itkin pilotu ilə bağlı İDDİA

İranın ölkə üzərində vurulmuş Amerikanın "F-15 Eagle" qırıcısının iki heyət üzvündən birini əsir götürdüyü ehtimal edilir.

Publika.az xəbər verir ki, bu barədə BBC vəziyyətlə tanış olan keçmiş təhlükəsizlik xidməti zabitinə istinadla məlumat yayıb.

Xüsusi xidmət orqanlarının keçmiş əməkdaşının sözlərinə görə, itkin düşmüş hərbçi, çox güman ki, gizlənməyə çalışacaq - formasını və bütün avadanlıqlarını çıxaracaq və hətta bəlkə də basdıracaq. Lakin telekanal dəqiqləşdirib ki, bu tədbirlərə baxmayaraq, o, yenə də İran qüvvələri tərəfindən yaxalana bilər.

Bundan əvvəl BBC məlumat vermişdi ki, aprelin 3-də vurulan Amerika qırıcısı, Prezident Donald Tramp və Pentaqon rəhbəri Pit Heqsetin İranın hava hücumundan müdafiə sisteminin zəifliyi barədə son bəyanatlarına baxmayaraq, Vaşinqtonun imicinə ciddi zərbə olub.

Seçilən
14
50
publika.az

10Mənbələr