AZ

İranın ABŞ a cavabı hazırlanıb, ictimaiyyətə açıqlanacaq

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək“.

Bunu bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.

“Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt da biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün heç bir şəkildə qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hal-hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”,- Bəqayi bildirib.

XİN sözçüsü İranın ABŞ ilə danışıqlarda çox acı təcrübələri olduğunu deyib və bu təcrübələri nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
8
azpost.info

10Mənbələr