Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.
Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2 qol vurublar. Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə hərəyə 1 dəfə fərqləniblər.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk yoxlama oyununda da Azərbaycan millisi 8:5 hesablı qələbə qazanmışdı.
⇧
