Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İspaniyanın “Real” (Madrid) komandası doğma meydanda Almaniya nəhəngi “Bayern”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda Münhen təmsilçisi qələbə qazanan tərəf olub.
İngiltərə Premyer Liqasının cari mövsümünün lideri “Arsenal” isə səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub. Londonlular bu görüşdə tək qolla qalib gəliblər.
Bu mərhələnin “Barselona” (İspaniya) – “Atletiko” (İspaniya) və PSJ (Fransa) – “Liverpul” (İngiltərə) oyunları sabah baş tutacaq.
Xatırladaq ki, ÇL-in 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları
7 aprel
Real (İspaniya) – Bayern (Almaniya) 1:2
Qollar: Kilian Mbappe, 74 – Luis Dias, 41. Harri Keyn, 46.
Sportinq (Portuqaliya) – Arsenal (İngiltərə) 0:1
Qol: Haverts, 90+1.
