AZ

Zaxarova Yaxın Şərqdəki vəziyyətdən danışdı

Moskva Yaxın Şərqdə hərbi həll yolu olmayan vəziyyətin siyasi və diplomatik vasitələrlə həllinə ehtiyac olduğunu bir daha bəyan edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son brifinq zamanı səsləndirib. 

O qeyd edib ki, ölkəsi əvvəldən ABŞ və İsrailin İrana qarşı hücumlarının dərhal dayandırılmasının vacibliyini vurğulayıb və böhranın hərbi yolla həllinin mümkün olmadığını bəyan edib.

Zaxarova əlavə edib ki, vəziyyətdən çıxış yolu real siyasi və diplomatik danışıqlar prosesindən keçir və bu proses tərəflərin mövqelərinin nəzərə alınmasına əsaslanmalıdır.

Diplomat vurğulayıb ki, bu cür birtərəfli, təcavüzkar və səbəbsiz hücumlar sarsıdıcı məğlubiyyətə məhkumdur.

Bundan əvvəl Şahbaz Şərif İran və ABŞ arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.

O, tərəfləri əlavə danışıqlar üçün 10 aprel tarixində İslamabada dəvət edib.

Seçilən
15
48
cebheinfo.az

10Mənbələr