İranın axtardığı ortaq prinsiplərin qəbul edilməsi ilə əldə edilən atəşkəs böyük şəhid liderimiz Xameneinin qanının və bütün millətin meydanda olmasının nəticəsidir.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O, sosial media hesabında yazıb: “Bu gündən etibarən həm də birliyimizi qoruyacağıq. İstər diplomatiyada, istər müdafiədə, istər küçədə, istərsə də xidmət arenasında”.