Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəs sazişi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Pezeşkian "X” sosial media platformasında paylaşımında bildirib ki, razılaşma İsrailin də daxil olduğu geniş bir çərçivədə formalaşıb. Onun sözlərinə görə, İranın baxışları atəşkəsin əsas prinsipləri kimi qəbul edilib.
İran Prezidenti qeyd edib ki, ABŞ-İsrail hücumları ilə başlayan və 40-cı gününə çatan münaqişə fonunda əldə olunan bu razılaşma diplomatik və siyasi baxımdan mühüm nəticə kimi qiymətləndirilir.
"İranın baxışlarının əsas prinsiplər kimi qəbul edildiyi atəşkəs, böyük şəhid liderimiz Xameneinin qanının bəhrəsi və bütün insanların səhnədəki iştirakının uğurudur. Bu gün biz diplomatiya sahəsində, müdafiə sahəsində, küçələrdə və xidmətlər göstərməkdə yan-yana durmağa davam edəcəyik”, – deyə Pezeşkian vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp atəşkəsi 8 aprel saat 01:30 radələrində qəbul etdiklərini açıqlayıb. O, Hörmüz boğazının açılması şərti ilə iki həftəlik müvəqqəti razılaşmanın əldə olunduğunu və İran tərəfindən təqdim edilən 10 maddəlik təklifin danışıqlar üçün əsas yaratdığını bildirib.
Məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası münaqişədə məqsədlərə çatıldığını bəyan edib və yekun danışıqların 15 gün ərzində başa çatdırılmasının planlaşdırıldığını açıqlayıb. Bu prosesdə Türkiyə, Pakistan və Misirin də vasitəçilik səyləri göstərdiyi bildirilir.
Eyni zamanda, İsrail hökuməti atəşkəsi dəstəklədiyini bəyan etsə də, razılaşmanın Livanı əhatə etmədiyini və bu ölkəyə qarşı əməliyyatların davam etdiyini iddia edir.
Gülay
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.