AZ

Müharibə davam edir Hizbullah bəyanat yaydı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Livanda fəaliyyət göstərən Hizbullah hərəkatı İsrailə qarşı döyüş əməliyyatlarını davam etdirdiyini açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, qurumun yaydığı rəsmi açıqlamada bildirilib ki, ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmaları Livan istiqamətinə şamil olunmur.

Açıqlamada “Hizbullah”ın böyük tarixi qələbənin astanasında olduğu vurğulanıb. Əhaliyə Cənubi Livan, Bekaa vadisi və Dahiyə bölgəsindəki evlərinə hələlik qayıtmamaq tövsiyə olunub. Bu isə təşkilatın yaxın zamanda döyüşləri davam etdirəcəyini deməyə əsas verir.

Son hadisələr fonunda Yaxın Şərqdə qarşıdurma daha da geniş miqyas alıb. Müxtəlif tərəflərin iştirak etdiyi münaqişədə “Hizbullah”ın İranın əsas müttəfiqlərindən biri kimi hərbi potensialını qoruyub saxladığı iddia olunur.

Qurum bir neçə gün əvvəl İsrail ordusunun bölmələrini sərhəddə yerləşən strateji Ət-Tayba kəndindən geri çəkilməyə məcbur etdiyini açıqlayıb.

Bununla yanaşı, İsrail tərəfi ötən il “Hizbullah”ın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini və təşkilatın demək olar ki, zərərsizləşdirildiyini bildirmişdi. Lakin son proseslər bu qiymətləndirmələrin mübahisəli olduğunu göstərir.

“Hizbullah” İsrailə qarşı artıq mindən çox əməliyyat həyata keçirdiyini iddia edir. Martın 31-də isə təşkilat Cənubi Livanda 134 İsrail tankını məhv etdiyini açıqlayıb.

Digər tərəfdən, İsrail mediasında yeni hərbi planın hazırlandığı bildirilir. Bu plana əsasən, Livanın cənubunda sərhəd boyunca 3–4 kilometrlik bufer zona yaradılması nəzərdə tutulur. Əvvəllər isə bu zonanın Litani çayına qədər, təxminən 30 kilometr dərinliyində olması planlaşdırılırdı.

Müşahidəçilər qeyd edir ki, əgər bu tendensiya davam edərsə, İsrailin Livanın cənubunda genişmiqyaslı nəzarət qurmaq planları çətinliklərlə üzləşə bilər. Bu isə regionda münaqişənin uzunmüddətli və qeyri-müəyyən mərhələyə keçdiyini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
globalinfo.az

10Mənbələr