AZ

Politoloq: Livan müharibənin tərəfi deyil, amma zərbə altındadır

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib. Bəyanatdan sonra İsrail Livana ən böyük hücumlarından birini həyata keçirdi. İsrail qüvvələri Beyrut, Bekaa vadisi və Livanın cənubunda təxminən 100 hədəfi vurub. İsrailin Livana hücumlarından sonra Hörmüz boğazından neft tankerlərinin hərəkəti dayandırılıb. 

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, Livan müharibənin birbaşa iştirakçısı deyil:

"Rəsmi Beyrut müharibənin birbaşa iştirakçısı deyil. Bugünə qədər də Livan İran amili səbəbindən qarşıdurmaların mərkəzinə çevrilib. İsrail Livanda məhz "Hizbullah”la mübarizə aparır. "Hizbullah” isə bir çox ölkə, o cümlədən İsrail tərəfindən terror təşkilatı kimi tanınır”.

Politoloq qeyd edib ki "Hizbullah” Livana kifayət qədər problemlər yaradır:

""Hizbullah” Livana kifayət qədər problemlər yaradır.  Bu, ölkənin daxili işlərinə müdaxilə olunur, eyni zamanda sabitliyə mənfi təsir göstərir. İsraillə gərginliyin artmasının əsas səbəblərindən biri də məhz bu təşkilatdır. Livanla İsrail arasında rəsmi səviyyədə müharibə mövcud deyil. Lakin "Hizbullah” hazırda İsrailə qarşı hücumlar həyata keçirir və bu fəaliyyətin İranın təsiri ilə baş verdiyi iddia olunur. Təşkilat İranın proksi qüvvəsidir”.

O söyləyib ki, İranın Livanla bağlı irəli sürdüyü tələblər kifayət qədər mübahisəlidir:

"İranın bu istiqamətdə irəli sürdüyü tələblər kifayət qədər mübahisəlidir. Çünki ABŞ və İsrailin İrana qarşı birbaşa hərbi fəaliyyəti son dövrlərdə nisbətən səngiyib. İran Livan kontekstində isə İran "Hizbullah”a qarşı əməliyyatların dayandırılmasını tələb edir. Əgər bu şərt üzərində İran israr edilərsə, ABŞ İsraildən Livana zərbələri dayandırmasını istəyə bilər. İsrail "Hizbullah”ın hücumlarını əsas gətirərək əməliyyatlarını davam etdirməyə çalışır. Çünki təşkilat mütəmadi olaraq İsrailə qarşı zərbələr endirir. Belə vəziyyətdə İsrail öz təhlükəsizlik maraqları çərçivəsində hərbi fəaliyyətini davam etdirmək niyyətindədir”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
azxeber.com

10Mənbələr