AZ

Xalq artistindən rüşvət iddialarına reaksiya

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mənim nüfuzum o qədər təmizdir ki, heç kim onu zədələyə bilməz".

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Siyavuş Kərimi Muğam Müsabiqəsi zamanı qaliblərə yerlərin pulla satılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirərkən deyib. 

Siyavuş Kərimi deyilən fikirləri cəfəngiyat adlandırıb:

"Şahların da arxasınca həmişə danışırlar. Qoy danışsınlar, amma cəfəngiyatdır. Ağızlarına nə gəldi danışırlar. Belə boş söhbətlərə reaksiya vermirəm. Sübut etsinlər".

Qeyd edək ki, ötən il keçirilən Muğam Müsabiqəsində qaliblərinə yerlərin pulla satıldığına dair iddialar səsləndirilmişdi. Həmin vaxt müğənni Almaxanım Əhmədli verilişlərin birində demişdi: 

"Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika Muğam Müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
6
qaynarinfo.az

7Mənbələr