AZ

Siyavuş Kərimi sükutu pozdu - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Siyavuş Kərimi Respublika Muğam Müsabiqəsi zamanı qaliblərə yerlərin pulla satılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Hafta.az xəbər verir ki, Xalq artisti “AStar TV”yə müsahibəsində deyilən fikirləri cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, ötən il keçirilən Muğam Müsabiqəsində qaliblərə yerlərin pulla satıldığına dair iddialar səsləndirilmişdi. Həmin vaxt müğənni Almaxanım Əhmədli verilişlərin birində “Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın Respublika Muğam Müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil” - deyə bildirib.

Xatırladaq ki, Siyavuş Kərimi 2001-2024-cü illərdə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsini icra edib.

Seçilən
13
6
hafta.az

7Mənbələr