AZ

Siyavuş Kərimidən rüşvət iddialarını cavablandırdı - VİDEO

Siyavuş Kərimi Respublika Muğam Müsabiqəsi zamanı qaliblərə yerlərin pulla satılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

“Yeni Sabah” Qafqazinfo-ya istinadla xəbər verir ki, Xalq artisti “AStar TV”yə müsahibəsində deyilən fikirləri "cəfəngiyat" adlandırıb:

“Şahların da arxasınca həmişə danışırlar. Qoy danışsınlar, amma cəfəngiyatdır. Ağızlarına nə gəldi danışırlar. Belə boş söhbətlərə reaksiya vermirəm. Sübut etsinlər”.

Ötən il keçirilən Muğam Müsabiqəsində qaliblərə yerlərin pulla satıldığına dair iddialar səsləndirilmişdi. Həmin vaxt müğənni Almaxanım Əhmədli verilişlərin birində belə demişdi:

“Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın Respublika Muğam Müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil”.

Xatırladaq ki, Siyavuş Kərimi 2001-2024-cü illərdə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsini icra edib.


Telegram kanalımız
Seçilən
13
6
yenisabah.az

7Mənbələr