İki milyon barelə qədər neft daşıya bilən İran supertankeri Hörmüz boğazından uğurla keçərək ölkənin ərazi sularına daxil olub.
“Cebheinfo.az” bu barədə “Fars” xəbər agentliyinə istinadən yazır.
Məlumata görə, sanksiya tətbiq edilən gəmi identifikasiya sistemi aktivləşdirilərək marşrutu keçib və qaçmağa cəhd etməyib.
Bir gün əvvəl “Bloomberg” Çinlə əlaqəli “Rich Starry” tankerinin boğazdan keçməsi barədə məlumat vermişdi.
Bu fonda ABŞ Mərkəzi Komandanlığının rəhbəri Amerika tərəfinin guya İrana və İrandan "dəniz ticarətini 36 saat ərzində dayandırdığını" bildirib. Vaşinqton əvvəllər Hörmüz boğazına dəniz blokadası tətbiq etdiyini elan etmişdi.
ABŞ hakimiyyəti iddia edir ki, tədbirlər digər məsələlərlə yanaşı, İranın nüvə proqramı ilə bağlıdır və zənginləşdirilmiş urana nəzarət tələb edir.