AZ

Azərbaycan və Rusiya kompensasiya məsələsində necə razılığa gəldi?VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya AZAL təyyarəsinin qəzaya düşməsinə görə kompensasiya ödəyəcək.

Bununla bağlı azərbaycan və rusiya razılığa gəldi, məsələ həllini tapdı. Siyasi şərhçi Azər Həsrət "Xəzər xəbər"ə bildirdi ki, məsələnin həlli Azərbaycan və Rusiya arasında mövcud dialoq çərçivəsində əldə olunub. Azərbaycan dövləti bu faciənin ilk anlarından etibarən qətiyyətli, prinsipial və dəyişməz mövqe sərgiləyib. Bu, ən mürəkkəb və həssas məsələlərin belə siyasi iradə və qarşılıqlı hörmət əsasında həllinin mümkün olduğunu açıq şəkildə göstərir.

Siyasi şərhçi bildirdi ki, bu məsələ xüsusilə Prezident İlham Əliyevinin güclü siyasi, prinsipial iradəsi, strateji baxışı və birbaşa nəzarəti altında aparılıb. Azərbaycan tərəfinin siyasi mövqeyinin əsasında ədalətin bərpası, məsuliyyətin təmin olunması və tam şəffaflığın əldə edilməsi dayanıb. Təyyarə qəzasının səbəblərinin tam və obyektiv şəkildə araşdırılması və ictimaiyyətə məlumat verilməsi, təqsirli tərəfin məsuliyyətinin birmənalı müəyyən edilməsi, zərərçəkmişlərə ədalətli və adekvat kompensasiyanın ödənilməsi əsas şərtlər kimi müəyyən edilib.

Azər Həsrət vurğuladı ki, qəbul olunmuş kompensasiya mexanizmi yalnız hüquqi deyil, eyni zamanda dərin məna daşıyaraq insan amilini və ədalət prinsipini ön plana çıxarır. Bu nəticə Azərbaycanın milli maraqlarını güzəştsiz şəkildə qorumağa qadir olduğunu, dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
50
xezerxeber.az

10Mənbələr