Hadisə SEPAH-ın konteyner gəmisinə atəş açmasından qısa müddət sonra baş verib...
Hörmüz boğazında daha bir gəmi hücuma məruz qalıb.
Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.
Məlumata görə, insident SEPAH-ın konteyner daşıyan yük gəmisinə atəş açmasından qısa müddət sonra qeydə alınıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi hələlik ikinci gəmiyə kimin atəş açdığını müəyyən etməyib.
Bununla belə, agentliyin yazdığına görə, ilkin şübhələr dərhal İranın üzərinə yönəlib.
Hadisənin detalları, gəminin hansı ölkəyə məxsus olduğu, zərərin həcmi və ekipaj üzvlərinin vəziyyəti barədə rəsmi məlumat açıqlanmayıb.
Analitiklər qeyd edirlər ki, Hörmüz boğazında ardıcıl insidentlərin baş verməsi qlobal enerji daşımaları və beynəlxalq ticarət üçün ciddi risk yaradır.
Mütəxəssislərin fikrincə, bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi neft qiymətlərinə və dəniz nəqliyyat sığortasına da təsir göstərə bilər.
Poliqon.info