ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Kataib Seyyid əl-Şuhada lideri barədə məlumat verənə mükafat elan edib
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Bildirilib ki, İranla əlaqəli Kataib Seyyid əl-Şuhada (KSS) silahlı qruplaşmasının lideri Haşim Finyan Rəhim əl-Saraci barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif olunur.
Qeyd olunub ki, “Ədalət üçün mükafatlar” proqramı çərçivəsində yayılan bildirişdə Əbu Ala əl-Valai kimi də tanınan əl-Saracinin qruplaşmaya rəhbərlik etdiyi vurğulanıb.
Məlumata görə, o, İraq və Suriyada ABŞ personalı və obyektlərinə qarşı hücumlarda, həmçinin İraq mülki əhalisinə qarşı zorakılıqda ittiham olunur.
Açıqlamada bildirilib ki, məlumat verən şəxslər təhlükəsizlik məqsədilə köçürülmə və maliyyə kompensasiyası almaq imkanına da malik ola bilərlər.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.